• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ermənistan Rusiyadan yardım istəyə bilər – Nazir təcili konfrans çağırdı

  • Dünya
  • 6 Avqust 2014 13:31
  • 813 Baxış
Ermənistan Rusiyadan yardım istəyə bilər – Nazir təcili konfrans çağırdı

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün əvvəlcədən planlaşdırılmayan, qəfil mətbuat konfransı keçirir.

AzNews.az-ın məlumatına görə, mətbuat konfransının qoşunların təmas xəttində baş verən gərginliyi, erməni cəmiyyətində yaranan ajiotajı yatırtmaq məqsədi daşıdığı aşıq şəkildə hiss olunur.

Çünki mətbuat konfransı erməni KİV-i tərəfindən canlı olaraq yayımlanır, işğalçı ordunun naziri erməni hərbçilər arasında itkilərdən narahat olan cəmiyyətini sakitləşdirməyə yönələn açıqlamalar verir.

O bildirib ki, Ermənistan hələlik Rusiyanın təşəbbüsü ilə yaradılan hərbi yönümlü Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinə müraciət etməyi hələ ki düşünmür. S. Ohanyanın sözlərinə görə, Ermənistan yalnız genişmiqyaslı hərbi əməliyyatlar zamanı bu quruma müraciət etməyi nəzərdə tutur. Nazir Rusiyadan bu məsələlərdə dəstək gözlədiyini də gizlətməyib.


S. Ohanyan bu gün səhər saatlarında Yusifcanlıda Azərbaycan əsgəri, 1996-cı il təvəllüdlü Tərlanlı Sahil Yaşar oğlunun avtomat silahla öldürdüklərini və 20 yaşlı Fərhad Azad oğlu Rəhimovu yaraladıqlarını da dilə gətirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR