Rusiya ordusu Ukraynaya daxil olur, bəhanəsi isə…
Bizi izləyin

Dünya

Rusiya ordusu Ukraynaya daxil olur, bəhanəsi isə…

Rusiya yaxın vaxtlarda sülhməramlılar adı altında Ukraynaya qoşunlarını daxil edə bilər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu iddia ilə Polşa xarici işlər naziri Radoslav Sikorski ölkəsinin TVN24 kanalının efirində çıxış edib.

“Təəssüf ki, Rusiya Ukrayna ilə sərhəddə hərbi qüvvələr cəmləyib. Orada artıq 10-dan çox batalyon, xeyli sayda hərbi texnika var”, - nazir deyib. O, Kremldə hərbi müdaxilə barədə qərarın qəbul olunduğunu birmənalı olaraq iddia etməsə də, bunun “çox tezliklə” baş verə biləcəyini istisna etməyib.

Dünən isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Mixail Koval Ukrayna sərhədinə 33 min rus hərbçisinin yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, antiterror əməliyyatları Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi üçün səbəb ola bilər. M.Koval Ukraynanın dövlət sərhədinə yaxın ərazidə zərbə qruplaşmalarının yaradıldığını deyib.

“Çeçenistandan olan muzdlulardan təşkil edilən iki batalyon, həmçinin Krımdan olan hərbi qruplaşmalar Rusiyanın 23 min hərbi qulluqçusu Ukrayna sərhədi yaxınlığındadır. Bizim informasiyamıza görə, Ukrayna sərhədlərinə yaxın ərazidə Rusiyanın 160-a qədər tankı yerləşdirilib”, - deyə M.Koval hərbi müdaxilə ehtimalının yüksək olduğunu dilə gətirib.

Qəzet yazır ki, son bir neçə həftə ərzində Rusiya Ukrayna ilə sərhəddəki hərbi qulluqçuların sayını 19-21 minə çatdırıb.

Dünən Rusiya Ukraynanın şərqindəki humanitar vəziyyətin müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. Təxmin edilir ki, Moskva Ukraynanın şərqinə sülhməramlıları yeritmək üçün mandat istəyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm