• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Heydər Camaldan şok Qarabağ açıqlaması - Video

  • Dünya
  • 6 Avqust 2014 15:34
  • 594 Baxış
Heydər Camaldan şok Qarabağ açıqlaması - Video

Rusiya İslam Komitəsinin azərbaycanlı rəhbəri, islam teoloqu Heydər Camal Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən son hadisələrlə bağlı diqqətçəkən açıqlama verib.

Axar.az xəbər verir ki, o, Ukrayna hadisələri fonunda sözügedən problemin gərginləşməsinin gözlənilən olduğunu bildirib.

Onun sözlərinə görə, Krım və Ukraynanın şərqində baş verən hadisələr keçmiş SSRİ məkanındakı münaqişələrin təkrar alovlanması üçün bir başlanğıc oldu. O, SSRİ-nin çökməsinin kökündə yenidənqurma dalğasının və nəhəng bir ərazidə yaşayan müxtəlif xalqlarla bağlı Moskvanın düzgün siyasət yürütməməsinin durduğunu xatırladıb.

Hazırda növbəti belə bir prosesə start verildiyinə təəssüflənən H.Camal ən ağrılı münaqişə olan Dağlıq Qarabağ məsələsinin alovlanmasını həmin dalğanın tərkib hissəsi sayıb:

“Bu vaxta qədər tərəflərin qarşılıqlı söz ittihamlarının şahidi olurduq. Son hadisələrdə isə, artıq işə “Kalaşnikov” avtomatları deyil, ağır silahlar düşüb. Əgər Qarabağda sərhəd pozuntuları müharibə müstəvisinə adlayarsa, bu, zəncirvari şəkildə Orta Asiyaya da keçəcək. Hər bu cür məqam kiçik təkana bağlıdır. Bilirsiniz ki, NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə başlanılıb. Şimali Atlantik Alyansının da hərbi karvanı Azərbaycan ərazisindən daşınacaq. Bu isə o deməkdir ki, NATO mütləq Postsovet məkanındakı münaqişələrdən birinə cəlb olunacaq”.

Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Rusiyanın roluna gəlincə, H.Camal deyib ki, Moskva onsuz da problemlər içərisindədir və belə olan təqdirdə Kremlin tərəflərə nəyi təklif edəcəyi sual doğurmaya bilməz. Azərbaycanlı politoloq deyib ki, belə bir vəziyyətdə rəsmi Bakı Ermənistanın regiondakı daimi müttəfiqləri – Rusiya və İrana deyil, NATO-ya güvənməklə hadisələrin gərginləşdirilməsinə çalışacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR