İŞİD Ərbilə girir – SON DƏQİQƏ / VİDEO
Bizi izləyin

Dünya

İŞİD Ərbilə girir – SON DƏQİQƏ / VİDEO

İraq Kürd Regional Rəhbərliyinin (İKRR) paytaxtı Ərbilin 40 km cənub-şərqində İŞİD-lə peşmərgə toqquşub.

Publika.az “Röyters”ə istinadən xəbər verir ki, Ərbildən 40 km uzaqlıqda yerləşən Mahmurun Güvər nahiyəsində peşmərgə qüvvələri ilə İŞİD arasında toqquşma başlayıb. “Əl-Cəzirə”nin xəbərinə görə, toqquşmada 10 İŞİD-çi öldürülüb.

Yüksəkçinli kürd məmurun verdiyi açıqlamaya görə isə, kürdlər İŞİD-ə qarşı rəsmi Bağdadla hərbi razılıq əldə edib. Bununla belə, Sincar dağında İŞİD-dən qaçan 50 min kürd xilas edilə bilməsə, onlar acından ölə bilərlər.

Qeyd edək ki, PKK terror təşkilatı ilə İKRR-nin yaxınlığı heç kimə sirr deyil. Bundan öncə PKK-nın Suriya qolu olan YPG terror təşkilatı ilə İŞİD Suriya-İraq sərhəddində toqquşub. Bundan sonra PKK-nın İdarə Heyətinin sədri Murad Qarailan açıqlamasında gecə İŞİD-ə basqın edəcəyini açıqlamışdı. Hazırda İKRR peşmərgə qüvvələrinin içərisində PKK terrorçularının da olduğu güman edilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm