12 yaşlı uşaq 9 yaşlı dostunu qətlə yetirib
Bizi izləyin

Dünya

12 yaşlı uşaq 9 yaşlı dostunu qətlə yetirib

12 yaşlı uşaq 9 yaşlı dostunu parkda bıçaqlayaraq öldürüb.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə ABŞ-ın Miçiqan əyalətində baş verib. Kentvood şəhərində parkda oynayan 12 yaşlı uşaq cibindən bıçaq çıxararaq 9 yaşlı Michael Conner Verkerkə hücum edib və onu bir neçə yerində yaralayıb öldürüb.

Michael Conner Verkerk yaşadığı evə qədər gedib və qan içində eyvana yıxılıb. Uşaq hadisə şahidlərinin köməyilə xəstəxanaya çatdırılsa da, orada həyatını itirib. Dostunu bıçaqlayan digər azyaşlı polisə təslim olub və cinayət törətdiyini etiraf edib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm