NATO: “Rusiyaya sübut etməyi planlaşdırırıq ki…”
Bizi izləyin

Dünya

NATO: “Rusiyaya sübut etməyi planlaşdırırıq ki…”

“Dünya nizamını təhdid edən Rusiyanın hərəkətlərinə məhəl qoymamaq mümkün deyil. “Soyuq müharibə”nin başa çatmasından sonra qurulan dünya nizamı Rusiyanın təhdidı altındadır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər NATO baş katibi Anders Foq Rasmussenin “Financial Times” nəşrində dərc edilmiş məqaləsində yer alıb.

Rasmussen NATO-nun vəziyyətə adekvat reaksiya verməyə məcbur olduğunu bildirib: “Rusiyanın Ukraynaya təcavüzü ona gətirib çıxardı ki, NATO-un gözlənilməz hücumlara daha yaxşı hazır olması istiqamətində çağırışlar səslənməyə başladı. Mən bu çağırışlarla tamamilə razıyam. Rusiyanın hərəkətlərinə məhəl qoymamaq mümkün deyil. “Soyuq müharibə”nin başa çatmasından sonra qurulmuş dünya nizamı hazırda təhdid altındadır. Buna görə də NATO daha çox şey etməlidir. NATO-nun Uelsdə keçiriləcək sammitində sübut etməyi planlaşdırırıq ki, ittifaqın hərəkətləri real işlərdir”.

Qeyd edək ki, NATO-nun Uels sammiti 4-5 sentyabr tarixlərində keçiriləcək. Sammitdə Ukrayna ilə bağlı da qərarlar qəbul edilməlidir.

“Biz sakit dayanmamışıq. NATO-nun üzv ölkələri Baltikyanı ölkələrdə qırıcıların sayını iki dəfə artırıb. Biz Baltika və Qara dənizlərə əlavə hərbi gəmiləri göndərmişik. Birgə hərbi təlimlər keçiririk”, - Anders Foq Rasmussen xatırladıb.

O həmçinin qeyd edib ki, Rusiya ilə qarşıdurmada NATO üçün siyasi iradə və resurslar lazımdır: “NATO-ya üzv ölkələri müdafiə xərclərini 20 faiz azaltdığı halda, Rusiya hərbi büdcəni 50 faiz artırdı. Halbuki, ABŞ və bəzi Avropa ölkələri hərbi gücləri əhəmiyyətli dərəcədə müasirləşdirir. Başqaları da bu istiqamətdə səylərini artırmalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm