Məğlubiyyəti elan etdilər: “Bu ordunun daha ağıllı olmasına ehtiyac var”
Bizi izləyin

Dünya

Məğlubiyyəti elan etdilər: “Bu ordunun daha ağıllı olmasına ehtiyac var”

İsrailin Qəzzada təktərəfli atəşkəs elan etməsi və bütün əsgərlərini geri çəkməsi İsrail mediasında məğlubiyyət olaraq dəyərləndirilib.

Publika.az-ın verdiyi xəbərə görə, İsrailin nüfuzlu qəzetlərindən olan “Haaretz” ordunun Qəzza əməliyyatında məğlub olduğunu yazıb.

“İsrail ordusu beynini anbara qoydu, ya da Həmasa kirayə verdi. İsrail ordusu hərbi büdcəni artırmasına baxmayaraq, Həması məğlub edə bilmədi. Bir qorilla qədər böyük olan İsrail ordusu hər atdığı raketlə bir evi, körpünü və ya BMT məktəbini yıxdı. Amma bu ordunun daha güclü və böyük deyil, daha ağıllı olmasına ehtiyacı var”, - qəzet qeyd edib.

İsrail mətbuatındakı digər xəbərlərdə də 8 iyul tarixində başlayan “Qoruyucu xətt” əməliyyatının uğursuzluqla nəticələndiyi və bu döyüşün qalibinin Həmas olduğu ifadə edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm