Ruslar erməni tankçıları müharibəyə hazırlayacaq
Bizi izləyin

Dünya

Ruslar erməni tankçıları müharibəyə hazırlayacaq

Erməni və rus tankçıları Ermənistanda birgə hərbi təlimlərə hazırlaşır.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi təlimlərin sentyabr ayında keçiriləcəyini açıqlayıb.

Təlimlərin “Alaqyaz” və “Baqramyan” tədris-təlim komplekslərində keçirilməsi planlaşdırılır. Ermənistan Müdafiə Nazirliyi təlimlər “Tank dueli” adı altında yüksək dağlar və isti iqlim şəraiti olan yerlərdə keçiriləcəyini bildirib.

Təlimlərdə Rusiya ordusunun Cənub hərbi dairəsinin Ermənistandakı “T-72” tank ekipajı iştirak edəcək.

Dünən isə Rusiyanın Cənub hərbi dairəsinin Ermənistanda yerləşən hərbi aviasiya bazasında “MİQ-29” qırıcılarının gecə uçuşları başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm