İŞİD-in yezidi kürdlərə qarşı törətdiyi qətliamlar – FOTOLAR / 18+
Bizi izləyin

Dünya

İŞİD-in yezidi kürdlərə qarşı törətdiyi qətliamlar – FOTOLAR / 18+

Terror təşkilatının qətliamları davam etməkdədir.

İraqın bir çox bölgəsini işğal edən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Mosulun Şenqal rayonunda öldürdüyü yezidi kürdlərin fotoları yayılıb.

Xatırladaq ki, bununla bağlı PKK terror təşkilatının İdarə Heyətinin sədri Murad Qarailan İŞİD-i təhdid etmişdi. Qarailan “Şenqalda kürdlük ruhu var. Buranı İŞİD-ə vermərik. Bütün xalqımız bilsin ki, gücümüz çatdığı qədər Şenqala girəcəyik və yaraqlılarımız orada qalacaq” deyə açıqlama vermişdi. Hazırda PKK ilə İraq Kürd Regional Rəhbərliyinin birləşmiş qüvvələri arasında Ərbil yaxınlığında toqquşma yaşanmaqdadır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm