• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya müharibəyə hazırdır: 160 tank, 1400 zirehli avtomobil, 230 hərbi təyyarə

  • Dünya
  • 6 Avqust 2014 18:27
  • 1 631 Baxış
Rusiya müharibəyə hazırdır: 160 tank, 1400 zirehli avtomobil, 230 hərbi təyyarə

Rusiya Şərqi Ukrayna ilə sərhədə döyüş təcrübəsi olan təxminən 20 min hərbçi cəmləyib.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun mətbuat katibi Oanı Lunkesku bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunu humanitar yardım və sülh missiyası adı altında Ukraynaya soxula bilər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası isə 45 min rus hərbçisinin Şərqi Ukrayna sərhədinə yığıldığını açıqlayıb. Məlumatda 160 tank, 1400 zirehli avtomobil və 230 hərbi təyyarənin Ukrayna ilə sərhəddə mövqe tutduğu deyilir.

Bu gün Polşa xarici işlər naziri Radoslav Sikorski ölkəsinin TVN24 kanalının efirində çıxış edərkən Rusiyanın yaxın vaxtlarda sülhməramlılar adı altında Ukraynaya qoşunlarını daxil edə biləcəyini deyib. “Təəssüf ki, Rusiya Ukrayna ilə sərhəddə hərbi qüvvələr cəmləyib. Orada artıq 10-dan çox batalyon olur, xeyli sayda hərbi texnika var”, - nazir deyib.

ABŞ-ın “New York Times” qəzeti isə Rusiyanın Ukrayna ilə sərhəddə qoşunun sayını iki dəfə artırdığını xəbərə verib. Qəzet yazır ki, son bir neçə həftə ərzində Rusiya Ukrayna ilə sərhəddəki hərbi qulluqçuların sayını 19-21 minə çatdırıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna sərhədləri yaxınlığında 100-dən hərbi təyyarənin cəlb edildiyi genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərdə “Su-27” və “MİQ-31” qırıcıları, çoxfunksiyalı “Su-34” təyyarələri, “Su-24” cəbhə bombardmançıları, “Mi-8”, “Mi-24” və “Mİ-28H” vertolyotları, həmçinin hava hücumundan müdafiə kompleksləri iştirak edir. Rusiya Müdafiə Nazirliyinin xəbərinə görə, təlimlər 8 avqusta qədər davam edəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR