Qatarı qaldırıb, bir sərnişini xilas etdilər – VİDEO
Bizi izləyin

Dünya

Qatarı qaldırıb, bir sərnişini xilas etdilər – VİDEO

Avstraliyanın Pelth şəhərində bir sərnişin qatara mindiyi vaxtda ayağı metro ilə stansiya arasındakı boşluqda sıxışıb.

Publika.az xəbər verir ki, Pelth şəhərindəki Stirling stansiyasında bir sərnişin qatara minmək istəyərkən səhvən ayağını qatarla stansiya atasında olan boşluğa basıb. Nəticədə ayağı tamamilə sıxışan adam bütün cəhdlərinə rəğmən ayağını çıxara bilməyib. Daha sonra bütün sərnişinlər qatarın vaqonunu yana doğru itələyərək ayağı sıxışan adamı xilas etməyi bacarıblar. Qəzadan sonra ayağı sıxışan adamın ciddi yaralanmadığı və yoluna davam etdiyi bildirilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm