“Rusiyanın qarşısını yalnız tabutlar ala bilər”
Bizi izləyin

Dünya

“Rusiyanın qarşısını yalnız tabutlar ala bilər”

Rusiyanın işğalını yalnız Ukraynanın şərqi istiqamətində gedən tabut axını saxlaya bilər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Donbas batalyonunun komandiri Semyon Semençenko çıxış edib.

Onun sözlərinə görə, Donbas təxminən 3 aydan sonra terrorçulardan azad ola bilər:

“Biz Donbası tezliklə terrorçulardan təmizləyə bilmərik. Bunun üçün ən azı 3 ay lazım olacaq. Ukraynanı tam işğal etmək hələlik Rusiyanın özünə də sərf etmir. Biz daha uzun müddət müdafiə oluna bilsək, Rusiya üçün bu heç də sərfəli olmayacaq. Hazırda Rusiyanın qarşısını saxlaya biləcək yeganə şey Ukraynanın şərqi istiqamətində gedən tabut axını ola bilər”.

Qeyd: Donbas batalyonunun komandiri Semyon Semençenkonun bütün şəkillərində üzü gizlədilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm