.jpg)
Ukraynanın şərqində humanitar vəziyyət getdikcə daha da
pisləşir, enerji və su təchizatı qıtlığı səhiyyə işçlərinin də
ərazini tərk etməsinə səbəb olur.
ANS TV-nin məlumatına görə, bunu BMT-nin humanitar əməliyyatlar
üzrə direktoru Con Qinq BMT Təhlükəsizlik Şurasının Ukraynadakı
böhranla bağlı fövqəladə iclasında bəyan edib. Qinq, xüsusən
Ukraynanın şərqindəki ucqar ərazilərdə vəziyyətin gərginliyinə dair
həyəcan təbili çalıb. Onun sözlərinə görə, aprelin əvvəllərindən
bəri Ukraynanın şərqində gedən döyüşlərdə 1367 nəfər ölüb, 4087
nəfər isə yaralanıb.
Fövqəladə iclas Rusiyanın müraciəti əsasında keçirilib. Rusiyanın
BMT-dəki nümayəndəsi Vitali Çurkin Ukraynanın Donetsk və Luqansk
vilayətlərindəki vəziyyəti “faciəvi vəziyyət” adlandırıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə,
Ukraynanın şərqində döyüşlər başlayandan bəri 117 min nəfər məcburi
köçkün, 168 min nəfər isə qaçqın düşüb.
Son bir neçə gün ərzindən Donetsk vilayətinə edirilən raket
zərbələri şəhərdə çoxsaylı dağıntılar törədib.
Prezident Petro Poroşenko əməliyyatlarla bağlı şərhində son iki
ayda təhlükəsizlik qüvvələrinin separatçıların əlində olan
ərazilərin 4-nü geri aldıqlarını deyib.