Türkiyə Fələstin üçün İsraillə danışıqlar aparır
Bizi izləyin

Dünya

Türkiyə Fələstin üçün İsraillə danışıqlar aparır

Ankara Qəzzaya humanitar yardımın təmin edilməsi və yaralı fələstinlilərin Türkiyə daşınması üçün hava dəhlizi yaratmağa çalışır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu “Röyters” xəbər agentliyinə açıqlamasında deyib.

Ə.Davudoğlu hava dəhlizinin yaradılması üçün İsrail və Misirlə danışıqların aparıldığını bildirib.
Qeyd edək ki, İsrailin Qəzzada iyul ayının 7-dən başladığı quru əməliyyatı dünən başa çatıb.

Təl-Əviv İsrail ordusunun geri çəkildiyini açıqlayıb. “Qoruyucu xətt” adlanan əməliyyatda 1800-dən çox fələstinli ölüb, təxminən 9 min nəfər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm