İŞİD-in Bağdadı tunellərlə işğal planı...
Bizi izləyin

Dünya

İŞİD-in Bağdadı tunellərlə işğal planı...

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Bağdadı işğal planı İraq ordusu tərəfindən əngəllənib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə kürd təhlükəsizlik mənbələri bildirib.
İŞİD İraq ordusunun nəzarət etdiyi paytaxt Bağdadı işğal etmək üçün Səddam Hüseyn dövründə tikilən tunellərdən istifadə etmək istəyib.

Lakin planın üstünü İraq mərkəzi hökumətinə bağlı ordu qüvvələri açıb.
Planın iflasa uğramasından sonra İŞİD gücləri Bağdadın 100 kilometrliyindəki Samara şəhərinə geri çəkilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm