Dünya
Ukrayna ordusu Rusiya ərazisindən ağır artilleriya atəşinə tutulub
Ukrayna antiterror güclərinin Dyakovo qəsəbəsi
yaxınlığındakı mövqeləri Rusiya ərazisindən “Qrad” və
minaatanlardan atəşə tutulub.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu
barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya
müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk “facebook”
səhifəsində yazıb.
Hərbi ekspert həmçinin İlovayska rayonu yaxınlığında Ukrayna
kəşfiyyatçılarının pusquya düşdüyünü bildirib. O, itkilər barədə
məlumatların dəqiqləşdirildiyini qeyd edib.
D.Tımçuk Ukrayna ordusunun 24, 72 və 79-cu briqadalar artıq 20
gündən çoxdur ki, terrorçular tərəfindən mühasirəyə alındığını
bildirib. “79-cu briqadada vəziyyət fövqəladə dərəcədə mürəkkəbdir.
Dyakovo qəsəbəsinin yaxınlığında yerləşən briqada Rusiyanın
ərazisindən iki gündür ki, fasiləsiz ağır artilleriyadan atəşə
tutulur”, - hərbi ekspert qeyd edib.
Ömər Dağlı
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır