Ermənistanda aksiyalar başladı
Bizi izləyin

Dünya

Ermənistanda aksiyalar başladı

Ermənistanda fəaliyyət göstərən “Mika Sement” zavodunun 300 əməkdaşı aksiyalara başlayıb.

Axar.az Ermənistan mediasına istinadla xəbər verir ki, onlar aylarla əmək haqlarının gecikməsinə etiraz edirlər.

Qeyd edək ki, məsələ ilə əlaqədar telekanallardan birinin “Səhər” verilişi xüsusi süjet hazırlayıb. Lakin zavod əməkdaşları müsahibə verməkdən ehtiyat ediblər. Onların sözlərinə görə, bu günlərdə zavod rəhbərliyinin göstərişi ilə 4 nəfər zavod işçisi fiziki təzyiqlərə məruz qalıb. Hazırda çıxılmaz vəziyyətdə qalan fəhlələr ailələrindəki acınacaqlı durumun, tibbi ehtiyaclarının ödənilməsi üçün “Mika Sement”i maliyyələşdirən Rusiyanın VTB bankıdan kredit belə ala bilmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm