Avropa Birliyi Moskva ilə danışmağa hazırdır, amma…
Bizi izləyin

Dünya

Avropa Birliyi Moskva ilə danışmağa hazırdır, amma…

Rusiya Ukrayna məsələsinin həllinə cəhd edərsə, Avropa Birliyinin üzvləri Rusiya ilə danışıqlar stoluna oturmağa hazırdır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Almaniya nəşri “Deutsche Welle”yə açıqlamasında Avropa Komissiyasının nümayəndəsi Rixard Kyunel bildirib. Kyunel vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların qəbul edilməsi çox diqqətlə işlənmiş addım idi.

O, qeyd edib ki, sanksiyaları qəbul edərkən Rusiya iqtisadiyyatına ən güclü zərbəni vurması, Avropanın isə itkilərdən maksimum qaçması prinsipi əsas götürüb. Amma Kyunel etiraf edib ki, mənfi nəticələrdən Avropa Birliyinin tamamilə qaçması mümkün deyil.

Avropa Komissiyasının nümayəndəsi həmçinin deyib ki, Moskva Ukrayna məsələsi üzrə mövqeyini dəyişməsə Avropa Birliyi sanksiyaları genişləndirməyə hazırdır: “Ancaq biz Moskvadan heç bir pozitiv siqnal görmürük. Bu halda isə başqa seçimimiz yoxdur”.

Qeyd edək ki. Avropa Birliyi və ABŞ 1 avqust tarixindən Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı iqtisadi sanksiyaların yeni paketini daxil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm