Netanyahu: “Həması xalqlar ailəsindən qovmaq lazımdır”
Bizi izləyin

Dünya

Netanyahu: “Həması xalqlar ailəsindən qovmaq lazımdır”

“Həması “xalqlarailəsi”ndən qovmaq və məhv edilən hərbi potensialın bərpa edilməsinə imkan verməmək lazımdır”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri İsrail baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlamasında deyib.

“Həmas hərəkatı ölənlərin böyük sayı üçün məsuliyyət daşımalıdır. Təşkilatı xalqlar ailəsindən qovmaq, yenidən silahlanmasına maneə olmaq lazımdır. Bu Qəzzanın demilitarizasiya strategiyasının bir hissəsi olmalıdır. Bu münaqişənin bir daha təkrarlanmaması üçün ən yaxşı zəmanət olacaq”, - Netanyahu deyib.

Onun sözlərinə görə, Qəzzanın demilitarizasiyası Fələstin üzərinə götürdüyü öhdəlik olsa da, bu öhdəlik indiyə qədər yerinə yetirilməyib: “Bu məsələni yenidən qoymaq İsrail üçün əhəmiyyətlidir, Qəzza xalqı üçün əhəmiyyətlidir, bizim hamınız üçün əhəmiyyətlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm