ABŞ raket kreyserini Rusiya sərhədinə göndərdi
Bizi izləyin

Dünya

ABŞ raket kreyserini Rusiya sərhədinə göndərdi

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Vella Gulf” raket kreyserini növbəti dəfə Qara dənizə göndərib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasından məlumat verilib.

Məlumatda qeyd olunur ki, kreyserin Qara dənizə girməsinə səbəb regionda sülh və sabitliyi qorumaqdır. “Vella Gulf” kreyseri 26 qanadlı “Tomaqavt” və “Standart Missile3” raketləri ilə silahlanıb. Bu raketlər “İcis” radarlarının köməyilə 500 kilometrlik məsafədə və 160 kilometr hündürlükdə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir. Kreyserin bortuna 2 helikopter də enə bilir.

Qeyd edək ki, iyulun 4-də Rusiya Qara dəniz donanması 20 gəminin iştirakı ilə irimiqyaslı təlimlərə başlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm