• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İŞİD ABŞ-ı hədələdi

  • Dünya
  • 7 Avqust 2014 05:56
  • 785 Baxış
İŞİD ABŞ-ı hədələdi

İŞİD Küveyti və ABŞ-I hədələyib.

ANS PRESS-in məlumatına görə, İordaniyada yayımlanan “Savasna” qəzeti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Əbu Bəkir əl-Bağdadinin Küveyti ABŞ ilə döyüşmək üçün ələ keçirəcəklərini bildirdiyi yazılıb.

Əbu Bəkir əl-Bağdadi sosial şəbəkə saytlarından birində verdiyi açıqlamada, “Bizim Amerika ilə hələ işimiz qurtarmayıb” – deyə bildirib.

Özünü xəlifə adlandıran qruplaşma lideri İŞİD-in ABŞ-a getməyininin mümkünsüz olduğunu bildirərək, bu sözləri işlədib:
“Biz ABŞ-a gedə bilmərik! Amma ABŞ bizə gələ bilər və bu iş Küveytin ələ keçirilməsi ilə olacaq. Küveytə görə ABŞ bölgəyə gələr, biz də döyüşərək qisasımızı alarıq.”

Qeyd edək ki, xəbər yayıldıqdan sonra Küveyt hökuməti İŞİD-i dəstəkləyən sosial şəbəkə hesablarını izləməyə və təhlükəsizliyin artırılması barədə tədbirlər görməyə başlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR