Dünya
Ekmələddin İhsanoğlu masondurmu?
Türkiyədə keçiriləcək prezident seçkisində namizəd olan
Ekmələddin İhsanoğlu “Habertürk”ə müsahibə verib.
ANS PRESS-in məlumatına görə, Türkiyədə avqustun 10-da keçiriləcək
prezident seçkilərində müxalif partiyaların vahid namizədi olaraq
namizədliyi təqdim edilən Ekmələddin İhsanoğlu haqqında
səsləndirilən bəzi iddialara aydınlıq gətirib.
Ən əsas iddialar isə onun mason olması və professorluğunun yalan
olması olub. İhsanoğlu hər iki iddia ilə bağlı fikirlərini
səsləndirib.
“Mənim mason olduğumu deyənlər var. Xeyr, elə bir şey yoxdur. Belə
böhtanlar mənə çox atılıb, lakin heç kimə cavab verməmişəm.
Bildirmək istəyirəm ki, heç bir gizli təriqətə üzv olmamışam. Əgər
belə bir şey varsa, sübut etsinlər. Günaha batırlar.” – deyə
İhsanoğlu mason olmadığını bir daha ifadə edib.
Daha sonra isə professoluğunun saxta olması ilə bağlı səslənən
fikirlərə aydınlıq gətirib:
“Türkiyədə professorluğun ən çətin vaxtlarında professor olmuşam.
Şərqdən Qərbə – bir çox yerdə professorluğum tanınıb.”
Qeyd edək ki, Ekmələddin İhsanoğlu avqustun 10-da keçiriləcək
prezident seçkilərində ölkənin hazırkı baş naziri, eləcə də
prezidentliyə namizəd olan R.T.Ərdoğana əsas rəqib kimi
göstərilir.
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI