Luqansk blokadaya düşmüş Leninqradı xatırladır
Bizi izləyin

Dünya

Luqansk blokadaya düşmüş Leninqradı xatırladır

Ukrayna hərbçiləri xeyli vaxtdır ki, yarım milyon əhalisi olan Luqansk şəhərini mühasirədə saxlayır.

Separatçılarla döyüşlər daha intensiv xarakter alır. Ən çox əziyyət çəkən isə mülki əhalidir.

Mobil və ev telefonları işləmir. Bütün kommunikasiya xətləri zədələnib. Bir həftədir ki, şəhərdə qaz, işıq, su yoxdur. Luqansk indi İkinci Dünya müharibəsindəki blokadalı Leninqradı xatırladır.

Sakinlər binaların həyətlərində tonqal qalayaraq yeməyi elə burada bişirirlər. İmkanı olanların çoxu şəhəri tərk edib.

İmkansızlar isə naharadək çölə çıxa bilmir. Çünki şəhər artilleriyadan atəşə tutulur. Yalnız nahar vaxtı sakitlik olur ki, onda da hamı azuqə və su axtarışına çıxır.

Zibil maşınları işləmədiyindən şəhər çox çirklənib. Gəmiricilər küçələrdə hürkmədən ora bura qaçır. İndi Luqansk dəhşət filmlərindəki fantastik, qorxu dolu mənzərələri xatırladır. Artıq şəhər əhalisi qızıl-zinyət əşyalarını bir dilim çörəyə dəyişir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm