• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prokurorluq Tsarnayev üçün ölüm cəzası tələb edəcək

  • Dünya
  • 31 Yanvar 2014 04:48
  • 455 Baxış
Prokurorluq Tsarnayev üçün ölüm cəzası tələb edəcək

Prokurorluq Boston marafonunda terror aktında şübhəli bilinən Coxar Tsarnayev üçün ölüm cəzası tələb edəcək. Bu barədə ABŞ baş prokuroru Erik Holder cümə axşamı qərar verib.

Öz günahsızlığını bəyan edən Tsarnayev ötən ilin aprelində ikili terror aktının törədilməsində şübhəli şəxs qismində saxlanılıb. Terakt nəticəsində üç nəfər həlak olub və daha 250 nəfər xəsarət alıb, RİA Novosti məlumat verir.

Coxar Tsarnayevin qardaşı Tamerlan polislə atışma zamanı ölüb. Sağ qalmış şübhəli bilinən şəxsə qarşı ümumilikdə 30 ittiham irəli sürülüb, onlardan 17 ölüm hökmünü nəzərdə tutur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR