Saakaşvilinin məhkəmə işinin başlama vaxtı açıqlandı
Bizi izləyin

Dünya

Saakaşvilinin məhkəmə işinin başlama vaxtı açıqlandı

Tiflis şəhər məhkəməsi 22 sentyabrda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili barəsində işə baxmağa başlayacaq.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin mətbuat xidmətindən bildirilib.

2 avqustda Tiflis şəhər məhkəməsi M.Saakaşvilini, həmçinin sabiq ədliyyə naziri Zurab Adeişvili və sabiq müdafiə naziri David Kezeraşvilini qiyabi həbs edib. Keçmiş prezident 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Dünən isə Tiflis şəhər məhkəməsində ilkin dinləmələr keçirilirb. Gürcüstanın ədliyyə naziri Teya Sulukiani Saakaşvilinin beynəlxalq axtarışa verilməsini istisna etmir.

Qeyd edək ki, iyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.

Saakaşvili və onun yaxın ətrafı isə iddiaların saxta və sifarişli olduğunu bildirir. “Məhkəmə bizim tərəfimizdən təqdim edilən arqumentləri nəzərə almadı. İttiham haqqında qətnamə heç bir sübut olmadan çıxarılıb. Prokurorluq əvvəlcə ittihamı təqdim edib, daha sonra isə Burdjanadzeni (parlamentin keçmiş sədri) sorğu-sual etməyə və sübutları yaratmağa başlayıb. Konkret hədəf Mixail Saakaşvili və onun yaxın ətrafıdır. Qalanlar onları maraqlandırmır. Bu isə onu göstərir ki, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi siyasi sifarişdir”, - vəkil Otar Kaxidze deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm