Səddamın cəsədi 8 ay əvvəl qəbirdən çıxarılıb
Bizi izləyin

Dünya

Səddamın cəsədi 8 ay əvvəl qəbirdən çıxarılıb

Publika.az xəbər verir ki, İraqın devrilmiş lideri Səddam Hüseynin mənsub olduğu Əlbu Nasir əşirəti Səddamın meyitinin səkkiz ay əvvəl köçürüldüyünü açıqlayıb.

“Röyters” xəbər agentliyinə açıqlama verən bir əşirət lideri deyib: “Meyiti səkkiz ay əvvəl təhlükəsiz bir yerə apardıq. Çünki ona bir şey olmasından qorxduq. Qorxularımız doğru çıxdı. Meyiti dörd nəfər apardıq. Amma oğlanlarının meyitlərini apara bilmədik. Kimlərinsə qəbiri uçuracağından qorxduq. Səddamı bir dəfə öldürməkləri bəs etmirmi? Onun meyitindən belə qorxurlar”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm