İŞİD Ankarada müzakirə olundu
Bizi izləyin

Dünya

İŞİD Ankarada müzakirə olundu

Əhməd Davudoğlu, Hakan Fidan və komandirlər görüşüb.

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, milli təhlükəsizlik naziri Hakan Fidan, Quru Qoşunları komandanı general Hulusi Akar, Hərbi polis komandanı general Abdullah Atay görüşüb. Görüşdə İŞİD-in Türkiyə-İraq sərhədinə doğru hərəkət etməsi müzakirə edilib.

Daha sonra Xarici İşlər Nazirliyində davam edən görüş saat yarım çəkib.

Davudoğlunun dünən “Röyters”ə verdiyi açıqlamada Türkiyənin sərhədləri ətrafında sabitliyi qorumaq üçün lazım olan bütün tədbirləri görəcəyini bildirib. Davudoğlu deyib: “Bölgədəki qarışıqlıq bütün bölgədəki sabitliyə təhlükədir. Sadəcə, Türkiyəni deyil, hamını təhdid edir”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm