Obamanın təhqiredici reklamlarını prokurorluq araşdırır
Bizi izləyin

Dünya

Obamanın təhqiredici reklamlarını prokurorluq araşdırır

Perm vilayətinin Lısva şəhərində ABŞ prezidenti Barak Obamanı təhqir edən reklam bannerləri prokurorluğun diqqətini cəlb edib.

Araşdırmalar başlayandan sonra bu bannerlərin şəhərdən yığışdırılması qərara alınıb. Artıq reklam lövhələri sökülüb.

Lövhələrin birində Amerika bayrağına bürünmüş Avstraliya merinos qoyunu təsvir olunub və üzərində “Obama, Ukraynadan əlini çək, biz özümüzküləri darda qoymuruq” sözləri yazılıb.

Antimonopoliya xidməti isə məsələ ilə bağlı avqustun 1-dən xüsusi araşdırma aparır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm