Çində 2 min uyğur öldürülüb
Bizi izləyin

Dünya

Çində 2 min uyğur öldürülüb

“Bura İraqa dönüb”

“The Epoch Times” xaricdəki uyğur liderlərinə istinadən bildirib ki, Cinin qərbindəki Xincuan vilayətində müsəlman azlığa qarşı soyqırım aktının həyat keçirilməsi barədə xəbərlər yayılıb. Qətliam müsəlmanlar üçün müqəddəs olan Ramazan bayramının son günündə – iyulun 28-də başlayıb və ən azı 3 gün davam edib.

Çin rəsmiləri bıçaq və balta ilə silahlanmış və həddini aşmış uyğurları qətlə yetirdiyini etiraf edib və ölənlərin sayının 100 nəfər olduğunu bildiriblər.

Uyğurlarsa bildiriblər ki, Çin hərbçiləri 3 uyğur kəndini bombalayıblar və “SWAT” kimi tanınan xüsusi təyinatlı polislər bombardmandan sonra sağ qalanları güllələyiblər.

Dünya Uyğur Konqresinin lideri Rabiyə Qədir deyib ki, bizim əlimizdə olan sübutlara görə öldürülən uyğurların sayı ən azı 2 min nəfərdir. Ərazidə komendant saatı tətbiq olunub.

Bu barədə mühacirətdə olan uyğur lideri “Radio Free Asia”ya müsahibəsində məlumat verib.

Çinin yerli sakinlərindən biri RFA-ya deyib ki, hazırda buralar İraq kimidir. İnternet gah işləyir, gah işləmir. Cib telefonları da sıradan çıxıb.

Başqa bir çinli isə bildirib ki, ölənlərin sayı yüzlərlədir. Ancaq Çin hökuməti öldürülmüş uyğurların sayın gizlədir. Onlar həqiqəti etiraf etsələr, əraziyə BMT-nin sülhməramlı qüvvələri yeridilməlidir.

musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm