Dünya
İŞİD xristianların şəhərini tutdu
İŞİD İraqın ən böyük xristian şəhərini və ətrafdakı
əraziləri tutub.
Publika.az-ın məlumatına görə, on minlərlə xristian evlərindən
qaçır.
Bu gün Qaraqoş şəhərinin tutulmasından qabaq kürdlərin peşmərqə
silahlıları islamçılarla döyüşdə məğlub olaraq şəhəri tərk
edib.
İslamçılar xristianların yaşadıqları Tall Kayf, Bartella, Karamleş
şəhərlərini də tutub.
Bu gün Roma Papası Fransisk bütün dünya hökumətlərinə müraciət edib
ki, İraqda xrisitanları qorusunlar.
İraq Kürdüstanının televiziyası xəbər verir ki, kürdlərin
əksəriyyət təşkil etdiyi 2 şəhər – Mahmour və Gvar da islamçılar
tərəfindən tutulub.
Hazırda islamçılar İraq Kürdüstanının 20 km-liyindədir.
Qaraqoşda 50 min adam yaşayır, ancaq bura o biri şəhərlərdən qaçıb
gələnlər çox idi. Onlar peşmərqə qüvvələrinin himayəsinə ümid
edirdi.
İslamçılar tutduqları şəhərlərdə qeyri-müsəlmanlara təklif edirlər
ki, ya islamı qəbul etsinlər, ya da ölümlə üzləşəcəklər.
İslamçıların tutduğu Sincar şəhərindən minlərlə yezidi dağlara
qaçıb.
BMT bildirib ki, İraqın şimalında islamçıların irəliləməsi ilə 200
min adam evindən didərgin düşüb.
/Azadlıq Radiosu/
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi