Jirinovski: "Rusiya, Türkiyə və İran birləşməlidir"
Bizi izləyin

Dünya

Jirinovski: "Rusiya, Türkiyə və İran birləşməlidir"

Rusiyanın sağçı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski rəsmi Ankaranın Moskvanın potensial müttəfiqi olduğunu bildirib.

Axar.az xəbər verir ki, Rusiya radiosunda iştirakçıların suallarını cavablandıran Jirinovski Türkiyə-Rusiya əlaqələrinə toxunub.

Rus siyasətçi ölkəsinin Türkiyə ilə yaxınlaşmasının çox vacib olduğunu deyib:

“Türkiyə potensial müttəfiqimizdir. Bu ölkəni yaxşı tanıyıram. Həyatımın təxminən 50 ilini Türkiyəyə həsr etmişəm. Türkiyəni Avropa Birliyinə qəbul etmirlər. Bu ölkəyə ikili yanaşırlar. Əgər Rusiya, Türkiyə və İran birləşərsə, ortaya təxminən 300 milyonluq əhali çıxmış olacaq. Belə olan təqdirdə biz dünyanın ən güclü ordusuna və potensial qüvvəsinə çevrilmiş olardıq. Nəticədə də neft və təbii qazla müttəfiqlərimizə kömək edə bilərik”.

Xatırladaq ki, bir müddət öncə Jirinovski Rusiya televiziyasında rəsmi Moskvanın Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasının vacib olduğunu bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm