Dünən kürdlər azad etmişdi, bu gün İŞİD ələ keçirdi
Bizi izləyin

Dünya

Dünən kürdlər azad etmişdi, bu gün İŞİD ələ keçirdi

Mosulu ələ keçirdikdən sonra digər yaşayış məntəqələrinə hücumlarını davam etdirən “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı növbəti uğurunu qazanıb.

Publika.az-ın xarici mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD Şimali İraq kürd muxtariyyətinin mərkəzi Ərbilin 50 kilometrliyində yerləşən Mahmur mahalını yenidən ələ keçirib.

Şimali İraq kürd muxtariyyətinin silahlı gücü olan peşmergələr bölgəni tərk edib. Tamamilə kürdlərin yaşadığı Mahmur mahalının hazırda boşaldığı bildirilir. Peşmərgə mənbələri isə bölgənin şüurlu olaraq boşaldıldığını, İraq hərbi təyyarələrinin İŞİD silahlılarına hava zərbələri endirəcəyini qeyd edib.
Xatırladaq ki, Mahmur mahalı İŞİD silahlılarından dünən azad edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm