ABŞ və Avropa Rusiyaya növbəti zərbəsini vurmağa hazırlaşır
Bizi izləyin

Dünya

ABŞ və Avropa Rusiyaya növbəti zərbəsini vurmağa hazırlaşır

ABŞ və Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalara hazırdır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ maliyyə nazirinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Devid Koen bildirib.

D.Koenin sözlərinə görə, Rusiyanın cavab təbbirlərinin təsiri çox əhəmiyyətsiz olacaq.
Qeyd edək ki. Rusiyanın iqtisadiyyatına qarşı ABŞ-ın sanksiyalarının son paketi keçən həftə daxil edilib. Koen qeyd edib ki, bu sanksiyaalrın Rusiya iqtisadiyyatına təsiri getdikcə artmaqdadır.

Avropa Birliyi də 30 iyul tarixində Rusiyaya qarşı qəbul etdiyi sanksiyaları genişləndirib. Brüssel də sanksiyalar mövzusunda Vaşinqton ilə birgə hərəkət edəcəyini bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm