Kremlə xəbərdarlıq: “Rusiyanın yerini Ukrayna tutacaq”
Bizi izləyin

Dünya

Kremlə xəbərdarlıq: “Rusiyanın yerini Ukrayna tutacaq”

“Şimali Atlantika İttifaqı bütün sahələrdə Rusiya ilə əməkdaşlığı dayandırır”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Şimali Atlantika İttifaqının (NATO) baş katibi Anders Foq Rasmussen Ukrayna Ali Radasının sədri Aleksandr Turçinovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

NATO baş katibi bunun əvəzində isə Ukrayna ilə əməkdaşlığı genişləndirəcəyini bildirib. O, ümid etdiyini bildirib ki, NATO-nun sentyabr ayında keçiriləcək Uels sammitində Ukrayna ilə əməkdaşlıq istiqamətində konkret addımlar atacaq.

Ukrayna Ali Radasının sədri Rusiyanın təcavüzünün yalnız Ukraynaya deyil, həm də bütün mədəni dünyaya edildiyini, ikinci dünya müharibəsindən sonra qurulmuş kollektiv təhlükəsizlik sisteminin dağıdıldığını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm