"Putinin Ukraynaya qoşun yeritməsinə 72 saat vaxt qalır"
Bizi izləyin

Dünya

"Putinin Ukraynaya qoşun yeritməsinə 72 saat vaxt qalır"

Ukraynadakı hadisələrə toxunan Britaniyanın “Teleqraf” (“The Telegraph”) dərgisi Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qoşun yeritmək üçün 72 saat vaxtının qaldığını vurğulayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Xəbərdə deyilir ki, dəqiq kəşfiyyat məlumatlarına əsasən, Ukraynanın şərqində təxribatlar törədən Putinin bu istəyi baş tutmadığından, o, daha ciddi addımlar atmaq barədə qərar verib. Onun istəyinin reallaşması üçün isə cəmi 72 saat vaxtının qaldığı deyilir.

Yazı müəllifi qeyd edib ki, Ukraynanın şərqi separatçılığa tam dəstək vermədiyindən, Putinin ideyaları alt-üst olub. Bu səbəbdən də o, digər variantı - qoşun yeridilməsini nəzərdən keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm