Dünya
Avropanın 12 milyardlıq narahatlığı
Ukrayna barədə sanksiyalara cavab olaraq Rusiya Aİ, ABŞ
və bəzi digər Qərb ölkələrindən qida məhsullarının idxalına "tam
embarqo" qoyur. Baş nazir Dmitri Medvedyev deyib ki, embarqoya
meyvə, tərəvəz, ət, balıq və süd məhsulları daxil
olacaq.
ANS PRESS-in məlumatına görə, embarqo Avstraliya, Kanada və Norveçə
də şamil olunacaq. Bu qadağalarla əlaqədar artıq Avropa Birliyi
ölkələrindən narahatlıq siqnalları gəlir. Belə ki, söhbət 12
milyardlıq ziyandan gedir.
Bundan əlavə Rusiya həmçinin Ukrayna hava nəqliyyat şirkətlərinin
Rusiya ərazisindən keçməyinə qadağa qoyur, cənab Medvedyev
deyib.
Onun sözlərinə görə, hökumət həmçinin Aİ və ABŞ hava nəqliyyat
şirkətlərinin tranzit uçuşlarına qadağan qoyulmasını nəzərdən
keçirir.
Təyyarələrə Sibir hava məkanından keçməyə icazə verməmək uçuşların
qiymətini kəskin artıracaq və Asiyaya gedən bir çox reyslərin uçuş
vaxtını uzadacaq.
Mart ayında Krımı ilhaq edəndən sonra sanksiyalara məruz qalan
Rusiya şərqi Ukraynada silahlı üsyanı dəstəkləməkdə ittiham
olunub.
Qeyd edək ki, sanksiyalardan qazanan tərəflər də var. Belə ki,
Rusiya yeritdiyi sanksiyaları görə ehtiyaclarını Türkiyədə daxil
olmaqla “neytral” ölkələr hesabına ödəməyə çalışacaq.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO