
NATO-nun baş katibi Anders Foq Rasmussen Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb. Paytaxt Kiyevdə baş tutan görüşdə tərəflər ölkənin şərq hissəsində təhlükəsizliyin təmin olunmasına dair müzakirələr aparıblar.
Rasmussen mətbuat konfransında çıxışı zamanı NATO ölkələrinin
Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Rasmussen
Rusiyanı öz qoşunlarını Ukraynadan geri çəkməyə çağırıb.
“Düşünürəm ki, təhlükəsizlik məsələlərində bizim ümumi maraqlarımız
var. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra biz bu ölkə ilə
biznes əlaqələrini həmişə olduğu kimi davam etdirə bilmirik. Məhz
buna görə Rusiya ilə əməkdaşlıq əlaqələrini dayandırmışıq. Ümid
edirəm ki, Rusiya geri çəkiləcək. Çünki Rusiyanın daha artıq
müdaxilə edəcəyinə inanmıram. Çünki bu öz növbəsində beynəlxalq
səviyyədə daha artıq təcrid olunma deməkdir.” - deyə Rasmussen qeyd
edib.