Dünya
İraqdan Türkiyəyə böyük köç
İŞİD-in Mahmuru ələ keçərməsindən sonra 100 min xristian
bölgədən qaçıb.
ANS PRESS-in məlumatına görə, minlərlə insanın Türkiyəyə
istiqamətində hərəkət etdiyi ehtimal olunur. Belə olduğu təqdirdə
Türkiyə sərhədinə doğru böyük bir köç dalğasının yaşana biləcəyi
istisna deyil.
Qeyd edək ki, Mahmur bölgəsi son iki gün içində bir çox dəfə
İŞİD'in hücumlarının hədəfi olub. Son olaraq saat 17 radələrində
İŞİD'in təkrar mahalın cənubuna hücum etməsi üzərinə Peşmərgələr
bölgəni tərk edib. Hazırda kürdlərin yaşadığı Mahmur bölgəsinin
tamamilə boşaldığı bildirilir.
Şamdan yola çıxan PKK qüvvələri dünən Mahmura çataraq
qarşıdurmalara qatılmışdı. Qarşıdurmalar Mahmur Mühacir Düşərgəsinə
15-20 kilometrliyində olan Mahmur yaxınlarında sıxlaşdı. PKK
qrupların bölgəyə çatması sonrasında Türkiyədən köç edənlərin
yaşadığı düşərgə və mahaldakı yaşlı, qadın və uşaq azad edilib.
Ailələr etibarlı bir şəkildə Erbilə daşındı. Düşərgədə yaşayan,
"əli silah tutanlar" isə PKK ilə birlikdə strateji nöqtələri tutdu.
Qarşıdurmalar şiddətlənirkən, peşmərgənin geri çəkildiyi nöqtələr
İŞİD güclərinin yoxlamasına keçdi.
Digər tərəfdən İŞİD yaraqlıları Duhok bölgəsinə doğru təsir
sahələrini genişlədərək Mosula bağlı Yezidilerin yaşadığı Başiqa
mahalı ilə Kələk və Berdareş nahiyəsini də ələ keçirdi. Strateji
əhəmiyyətə olan bölgə ilə birlikdə Erbil-Duhok yolu nəqliyyata
bağlanıldı. Bu bölgədə yaşayanlar isə Duhok bölgəsinə doğru qaçır.
Duhok yaxınlarında olan Yezidilerin müqəddəs məkanı Laleşin də
içində iştirak etdiyi Yezidi mahalı Seyhanda da böyük qaçış
yaşandığı, bu bölgədəki Ezidi və xristianların Dohuka doğru hərəkət
halında olduğu bildirilir.
Bu zaman İŞİD hücumunun davam etməsi nəticəsində Duhok və Zaho
bölgəsindən minlərlə insanın Türkiyəyə doğru qaçma ehtimalı olduğu
və Türkiyə sərhədinə doğru böyük bir köç dalğasının yaşana biləcəyi
istisna deyil.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK