Yezidilər Obamadan kömək istədi
Bizi izləyin

Dünya

Yezidilər Obamadan kömək istədi

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan yezidilər, ABŞ prezidenti Barak Obamadan, İraqın şimalında İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücumlarına məruz qalan soydaşlarına kömək tələb ediblər.

ANS PRESS-in məlumatına görə, paytaxt Vaşinqton və ətrafında yaşayan Yezidilər, günorta saatlarında Ağ Ev qarşısında toplaşaraq İŞİD-in Yezidilərə hücumlarına etiraz ediblər. Əllərində, "İraqdakı Yezidilərə kömək edin", "Lütfən Yezidiləri qurtarın", "Yezidiləri İŞİD-in zülmündən qurtarın" yazılı plakat daşıyan nümayişçilər, "İraqda uşaq ölür", "Obama haradasan?" şüarları səsləndiriblər. Edilən şərhlərdə ABŞ-ın yezidiləri İŞİD'in hücumlarından qoruması istənilib.

Yezidilər Ağ Ev rəhbərliyini Sincar dağlarında qorunmasız və qidasız qalan Yezidilərə təcili olaraq kömək çatdırmağa çağırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm