Ebola təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edildi
Bizi izləyin

Dünya

Ebola təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

Qərbi Afrika ölkələrində Ebola virusuna yoluxanların sayı artmaqdadır.


Ötən gün Liberiyada daha bir neçə nəfərdə virus aşkarlanıb. Liberiya prezidenti Elen Conson Serlif ölkədə fövqəladə vəziyyət elan edib. Prezident bildirib ki, görülən tədbirlərə baxmayaraq, virus insanlara yoluxmağa davam edir.


Xəstəliyin yayılmasına səbəb isə, insanların virusa yoluxan yaxınlarını təcrid olunma mərkəzlərində deyil, evlərində saxlamasıdır.


İndiyə qədər Liberiyada 282 nəfər ölümcül virusun qurbanı olub. Ümumilikdə isə, Qərbi Afrikada bu virusdan ölənlərin sayı 1000-ə çatıb. Ebola virusu, Liberiya ilə yanaşı, Sierra Leone, Niegriya və Qvineyada geniş yayılıb. Eyni zamanda, bir qədər əvvəl amerikalı səhiyyə işçisi və ispaniyalı rahib də bu xəstəliyə tutulmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm