• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Erməni politoloqdan xalqına çağırış: “Eyforiyaya qapılmayın”

  • Dünya
  • 31 Yanvar 2014 11:26
  • 1 290 Baxış
Erməni politoloqdan xalqına çağırış:  “Eyforiyaya qapılmayın”

Xəbər verildiyi kimi, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles Şəhər Şurası Dağlıq Qarabağın "müstəqilliyini" tanıyıb. İki gün əvvəl qəbul olunan qətnamədə “Dağlıq Qarabağ bölgədə stabilliyin əsas qoruyucularından biridir. Onun azadlıq uğrunda apardığı mübarizəsi digər xalqların müstəqilliklə bağlı başlatdıqları mübarizənin ilham mənbəyi olub” deyilir.

Bundan əvvəl isə ABŞ-ın Luiziana, Rod Aylend, Massaçusets, Merilend və Men ştatları, həmçinin Kaliforniyanın Fresno Şəhər Şurası “DQR”in “müstəqilliyini” tanıyıb. Ekspertlərin fikrincə, Los-Anceles Şəhər Şurasının qəbul etdiyi qətmanənin nə hüquqi, nə siyasi nəticəsi olacaq.

ABŞ-ın Qərbindəki ən böyük meqapolisin “DQR”in “müstəqilliyi”nin tanınmasına hazırlaşdığı barədə informasiyalar uzun müddətdir ki, gündəmdə idi. Bu da onunla bağlıdır ki, Los-Ancelesin həyatında, ümumilikdə Kaliforniya ştatında erməni icması nəzərəçarpacaq dərəcədə rol oynayır. “DQR”in “müstəqilliyi”nin tanınması barədə qətmanə Şəhər Şurasının üzvü milliyyətçə erməni olan Pol Qriqoryan tərəfindən təqdim edilmişdi. Qətnamədə “Arsax respublikası miinillik tarixə malikdir və erməni xalqının mədəniyyətində mühüm yer tutur. Arsax respublikası 10 Dekabr 1991-ci ildə öz müstəqilliyini elan edib. Son iki onillik ərzində Arsax xalqı müharibə, qətliam və başqa böyük çətinliklər qarşısında möhkəmlik və sarsılmazlığını göstərib. 24 Aprel 2012-ci ildə Los-Anceles şəhəri Arsax Respublikasının Şuşa şəhəri ilə dost münasibətlər qurub. Los-Anceles şəhəri Arsax Respublikasına çiçəklənmə və müvəffəqiyyət arzulayır, dünya cəmiyyətini azad və suveren dövlət kimi Arsax Respublikasını tanımağa çağırır” deyilirdi.

Bu hadisə Dağlıq Qarabağda pozitiv emosiyalar doğurdu. “Los-Anceles şəhəri planetin ən böyük meqapolislərindən biri olaraq öz potensialına görə, bir çox ölkələri üstələyır. Dünyanın ən əhəmiyyətli iqtisadi, mədəni və siyasi mərkəzi Dağlıq Qarabağla münasibətləri qaydaya salaraq ölkəmizin beynəlxalq tanınmasına mühüm töhfə verdi”, - Rusiyanın “Nezavisimaya gazeta”ya açıqlamasında “DQR” “Prezident Aparatı başçısının müavini” David Babayan deyib.

Ancaq Berlində yaşayan erməni politoloqu Aşot Manuçaryan erməniləri eyforiyaya qapılmamağa çağırıb. “Əlbəttə ki, bir neçə Amerika və Avstraliya ştatınından sonra Los-Ancelesin Dağlıq Qarabağın müstəqilliyini tanıması yaxşı hadisədir. Ancaq bu təəssüf ki, Konstitusiya görə, ABŞ hakimiyyətinin siyasi xəttində əks olunmayacaq. Los-Anceles Şəhər Şurasının qərarı simvolik təbliğatçılıq addımıdır. Bütovlükdə bu qətnamə Dağlıq Qarabağın beynəlxalq tanınmasının başlanğıcı olmayacaq”, - “Nezavisimaya gazeta”ya A.Manuçaryan söyləyib.

Erməni politoloqun fikirləri isə rusiyalı siyasi elmlər doktoru Sergey Yejkov da razıdır. O, Los-Anceles Şəhər Şurasının qəbul etdiyi qətnamənin heç bir hüquq nəticəsinin olmayacağını bildirib. Siyasi elmlər doktoru hesab edir ki, qətnamə Dağlıq Qarabağın statusunda da heç vaxt əks olunmayacaq.

Qeyd edək ki, bir müddət öncə Kaliforniya ştatında “erməni soyqırımı”nın 7-12-ci siniflər arasındakı dərsliklərə salınması qəbul olunmuşdu.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR