Dünya
ABŞ Ebolanın dərmanını tapdı
ABŞ-ın ərzaq və dərman məsələləri üzrə idarəsi Ebola virusuna qarşı Amerikada hazırlanan eksperimental preparatın istifadəsinə icazə verib.
Bu barədə Tekmira əczaçılıq şirkəti məlumat yayıb.
ABŞ hakimiyyəti "tam klinik qadağan"ı "qismən klinik qadağa" ilə əvəzləyib.
ABŞ-da dərmanı iki amerikalının üzərində sınaqdan keçiriblər. Dərman qəbulundan sonra onlardan birinin vəziyyətində yaxşılaşma müşahidə olunub.
Ebola virusuna yoluxduğu güman edilən amerikalılar Liberiyada xəstələrlə ünsiyyətdə olublar. Liberiyada xəstəliyin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Ölümcül infeksiya sayılan Ebolanın ilkin simptomları yüksək hərarət və boğaz ağrısıdır, virusa yoluxma qusma, diareya, daxili və xarici qanaxma ilə müşahidə olunur.
Xəstəlik Afrikanın qərbində yayılıb. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Eboladan ölənlərin sayı 1000-ə çatıb (azadliq.org)
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu