150 ukraynalı əsgər separatçıların ordusuna qoşuldu
Bizi izləyin

Dünya

150 ukraynalı əsgər separatçıların ordusuna qoşuldu

Rusiya ərazisinə keçən 150 ukraynalı əsgər könüllü olaraq qondarma Donetsk Xalq Respublikasının döyüşçülərinə qoşulublar.

Publika.az xəbər verir ki, bu haqda qondarma respublikanın baş naziri Aleksandr Zaxarçenko məlumat verib.

O əlavə edib ki, mühasirəyə düşmüş ukraynalı hərbçilərdən 18 “Qrad” qurğusu, çoxlu sayda tank və zirehli maşın qənimət kimi ələ keçirilib.

Xatırladaq ki, avqustun 4-də 400 ukraynalı mühasirəyə düşərək Rusiya ərazisinə keşmişdi.

Onların böyük bir hissəsi artıq Ukraynaya qayıdıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm