Dəhşətli qəza: 45 günlük körpə mikroavtobusun altında qaldı
Bizi izləyin

Dünya

Dəhşətli qəza: 45 günlük körpə mikroavtobusun altında qaldı

Motosiklet qəzası bir ailənin faciəsinə səbəb oldu. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Antaliyada baş verib. Sürücü Bəkir Yavuz idarəetməni itirərək motosikleti aşırıb. Hadisə zamanı motosikletdə olan sərnişinlər - Rukiye Satmaz, onun 45 günlük qızı Gülüyər Ayşegül Satmaz, iki oğlu -11 yaşlı Əhməd və 4 yaşlı Həmzə qəzaya düşüblər.

Qəza zamanı Rukiye Satmazın qucağında olan körpə qızı anidən əlindən çıxaraq Yaşar Macitin idarə etdiyi mikroavtobusun altına yuvarlanıb. Nəticədə körpə avtobusun altında qalaraq həyatını itirib. 11 yaşlı Əhməd və 4 yaşlı Həmzə isə xəstəxanaya aparılıb.

Məlumata görə, Rukiye Satmaz övladları ilə birlikdə xəstəxanaya yaxın qohumlarının yanına gedirmiş.

Qəzayla əlaqədar istintaq başlayıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm