İranlı bloggerin qatilinə 75 şallaq
Bizi izləyin

Dünya

İranlı bloggerin qatilinə 75 şallaq

İran məhkəməsi 35 yaşlı blogger Səttar Beheştini öldürən polis haqda hökm çıxarıb.

Publika.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, polisin adı açıqlanmır. O, üç il müddətinə azadlıqdan məhrum edilib. Üstəlik, qatil 75 şallaq cəzası alacaq.

Mərhumun ailəsi məhkəmənin hökmündən narazı qalıb. Onlar bildiriblər ki, jurnalistlər yazdıqlarına görə iki dəfə artıq cəza alırlar.

Blogger 2012-ci ildə həbsxanada öldürülüb. Bu hadisə İranda geniş rezonans doğurmuşdu. Səttar Beheşti “Facebok” səhifəsində yazdığı fikirlərə görə “dövləti maraqlara zərbə vurmaq” ittihamı ilə həbs edilmişdi.

Bloqlarda Xomeyni rejimini sərt ittiham edən Beheşti həbsxanada işgəncələrə məruz qalmışdı.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm