İsraillidən Qəzzaya yardım
Bizi izləyin

Dünya

İsraillidən Qəzzaya yardım

Türkiyə telekanallarının birində Qəzza üçün ianə toplanan proqramına İsrail əsilli bir nəfər də qoşulub.

Publika.az xəbər verir ki, Humanitar Yardım Vəqfi tərəfindən Qəzzaya ianə toplama kampaniyasına start verilib. Belə ki, Türkiyənin bir çox televiziya proqramlarında Qəzza üçün ianə toplanılır.

Bir proqrama telefonla qoşulan vətəndaşın ianəsi əks-səda doğurub. Zəng edən vətəndaş İsrail əsilli olduğunu və Qəzza üçün 2 min dollar yardım edəcəyini açıqlayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm