İran “Ərəb baharı”ndan necə qazanclı çıxdı?
Bizi izləyin

Dünya

İran “Ərəb baharı”ndan necə qazanclı çıxdı?

“Bu gün Şimali Afrika, Yaxın Şərq və Asiya qitəsini əhatə edən “böyük şahmat taxtası”nda kartlar hər dövrdə fərqli, lakin eyni məqsəd üçün paylanır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Türkiyənin Beynəlxalq Siyasət Akademiyasının rəsmi internet saytında yerləşdirilən bir yazıda yer alıb.

“Ərəb baharını tək qalibi İran” başlıqlı yazıda “Ərəb baharı” adlanan hadisələr fonunda Yaxın Şərqdə baş verən son hadisələrdən bəhs edilir. Yazı müəllifi Furkan Kaya hesab edir ki, Birinci Dünya müharibəsinin, bəlkə də, əsas məqsədi Osmanlı imperiyasının nəzarət etdiyi enerji ehtiyatlarının Qərb dövlətləri tərəfindən bölüşdürülməsi idi: “Bu hədəfə çatmaq istəyən və ingilislərin rəhbərlik etdiyi qüvvələr ərəb coğrafiyasında “azadlıq” adı altında Osmanlıya qarşı silahdan istifadə etdilər. Onlar bu məsələdə uğur qazandılar və Yaxın Şərq çoğrafiyasını xətkeşlə çəkərək yeni avtoritar rejimlər qurmuş oldu”.

Yazı müəllifi hesab edir “Ərəb baharı” Böyük Yaxın Şərq layihəsinin bir sonrakı mərhələsidir: “Böyük Yaxın Şərq layihəsi genişləndirilmiş forması ilə Birinci Dünya müharibəsi nizamından fərqli olaraq ölkələrin daha da kiçilməsi, hətta şəhər və ya qəbilə dövləti halına çevrilməsinə doğru gedir. Çünki belə olan halda “dövlətçiklər”in olduğu Yaxın Şərq coğrafiyası ABŞ üçün idarəolunan vəziyyətə gətiriləcək. Əlbəttə, bunun qarşısında dayanan və oyunu öz xeyrinə çevirməyə çalışan ölkələrin başında Rusiya, Çin və İran gəlir. Xüsusilə, “soyuq müharibə”dən sonra Çin, Hindistan, Rusiya və Braziliya kimi ölkələr ABŞ-ın təktərəfli dünya liderliyi əvəzinə çoxtərəfli dünya nizamı tələb edirlər. ABŞ isə buna qarşı çıxmaq üçün yumşaq güc ilə istədiyi siyasəti icra etməyə çalışır”.

“Obama dövründə baş qaldıran İran ilə dialoq arzusu İranda Həsən Ruhaninin hakimiyyətə gəlməsi ilə sürət qazandı. ABŞ üçün əhəmiyyətli olan Tehranın nüvə silahını əldə etməməsidir. Bunun üçün isə iqtisadi sanksiyaları tətbiq edir və bundan kənarda istənilən variantın İranı daha da radikallaşdıracağını düşünür. Kim bilir, bəlkə də, “Ərəb baharı”nın yeganə qazananı İrandır”, - yazı müəllifi sonda bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm