• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Separatçılar bir azərbaycanlı üçün 10 nəfər tələb edir - Donetskdən son məlumat

  • Dünya
  • 8 Avqust 2014 17:49
  • 673 Baxış
Separatçılar bir azərbaycanlı üçün 10 nəfər tələb edir - Donetskdən son məlumat

“Donetsk və Luqanskda yaşayan azərbaycanlılar oranı tərk edirlər. Amma separatçılar şəhərdən çıxmağa imkan vermir”.

Publika.az-a açıqlamasında bu sözləri Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Azərbaycanın bu ölkədəki səfirliyin azərbaycanlılara çağırışını şərh edərkən deyib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Luqansk və Donetsk vilayətlərində yaşayan azərbaycanlıları həmin bölgəni təcili tərk etməyə çağırıb. Azərbaycan Daxili İşlər Nazirliyinin səfirlikdəki nümayəndəsi Şahin Ocaqov bildirib ki, müraciətdə münaqişə bölgəsində yaşayan azərbaycanlılara oranı tərk edərək, ən azı Ukraynanın qərbinə köçmələri məsləhət görülüb. O deyib ki, həmin bölgənin bir hissəsi tamamilə nəzarətdən çıxdığı üçün orada baş verən hansısa hadisənin səbəblərinin müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılmasına yardım etmək mümkün deyil.

Akif Gülməmmədov Donetsk və Luqansk vilayətlərində vəziyyətin gərgin olaraq qaldığını bildirib: “Hökumət separatçıları sıxışdırıb. Onlar da insanların yaşadığı yerləri, uşaq bağçalarını, məktəbləri bombalamağa başlayıblar”.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri separatçıların girovluğunda olan azərbaycanlılar barəsində də danışıb: “Separatçıların əlində olan azərbaycanlı girovlarla bağlı yeni heç bir məlumat yoxdur. Çünki separatçılar bir girovun qaytarılması üçün özlərinin 10 girovunu tələb edir. Hazırda danışıqlar getsə də, heç bir nəticə əldə olunmayıb”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR