60 məscid uçurdular
Bizi izləyin

Dünya

60 məscid uçurdular

İyulun 7-dən indiyədək İsrailin Qəzzaya hücumları nəticəsində nə az, nə çox, düz 60 məscid uçurdub, 150 məscid isə zərər görüb.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Fələstin hökumətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən açıqlamaya görə, İsrailin Qəzzaya qarşı təşkil etdiyi hava hücumları nəticəsində 60 məscid uçurulub, 150 məscid isə xəsarət alıb.

Açıqlamada İsrail ordusu bilərəkdən məscidləri hədəfə götürməkdə ittiham olunur. Qeyd olunur ki, Qəzza şəhərində 20, Xan Yunis şəhərində 17, Qəzza zolağının şimalında 11, Qəzza zolağının mərkəzində 10, Rifah şəhərində 2 məscid uçurulduğu qeyd olunub. Açıqlamada həmçinin İsrailin 11 türbəni, 3 nəzir yığma məntəqəsini və bir mədrəsəni də bombaladığı bildirilib.

Xatırladaq ki, İsrail iyulun 7-dən indiyədək “Qoruyucu Xətt” adı altında Qəzzaya qarşı havadan və dənizdən hücumlar edib. İyulun 17-də isə bölgəyə quru qoşunu yeridib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm