Rusiya nüvə bombardmançılarını ABŞ sərhədinə göndərdi
Bizi izləyin

Dünya

Rusiya nüvə bombardmançılarını ABŞ sərhədinə göndərdi

Rusiyanın nüvə bombardmançıları qırıcı təyyarələrin müşayiətilə Alyaska hava məkanı yaxınlığında uçuşlar keçirib.

Axar.az xəbər verir ki, bu barədə “USA Today” qəzeti məlumat yayıb.

Buna cavab olaraq ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri havaya qaldırılıb.

ABŞ Hərbi Hava Qüvvələri komandanlığı etiraf edib ki, son 5 gündə rus hərbi təyyarələri Alyaska və Şimali Kanada yaxınlığında 16 uçuş həyata keçiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya strateji bombardmançı və digər hərbi təyyarələrini NATO sərhədinə göndərmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm